4Th International Mine Action Conference Concludes In Baku (PHOTO) (UPDATE)
BAKU, Azerbaijan, September 3. The 4th International Mine Action Conference on“Humanitarian Demining for Urban Recovery: Setting Standards of Excellence for Safe Settlements”, jointly organized by the Azerbaijan National Agency for Mine Action (ANAMA) and the UN Office in Azerbaijan, has concluded, Trend 's correspondent reports from the event.
Speaking in the second day of the event, the Representative of the President of the Republic of Azerbaijan on special assignments, Elchin Amirbayov, noted that this year's conference is dedicated to humanitarian demining for safe settlement and reconstruction.
“This year's conference is dedicated to humanitarian demining for safe settlement and reconstruction. However, in my remarks, I would like to approach this topic from a slightly different perspective-that of the role demining plays as part of peacemaking.”
The main message here is very simple: as long as the physical consequences of the war continue to threaten people's lives, restrict mobility, slow economic activity, and hinder the return of former internally displaced persons, peace cannot be considered fully established. Peace is not created by political agreements alone. Peace must be visible on the ground, in real life. But one of the biggest obstacles to making peace visible in Azerbaijan lies underground.“Since the end of 2020, 437 people in Azerbaijan have been affected by mines – either killed or injured,” Amirbayov said.
The Head of the European Union Delegation and Ambassador of the European Union to Azerbaijan, Marijana Kujundžić, emphasized that demining creates the necessary conditions for people to return and for homes and public infrastructure to be rebuilt.
Kujundžić noted that demining is not merely the clearance of contaminated areas of mines.
“This work involves creating the necessary conditions for people to return, for homes and public infrastructure to be rebuilt, and for communities to return to normal life, stability, and hope,” emphasized the head of the European Union Delegation to Azerbaijan.
She pointed out that no one should have to live in fear of the ground beneath their feet.
“In this regard, today's discussions are of particular importance. These discussions allow us to exchange experiences on how demining activities can more effectively contribute to the reconstruction of cities, how standards can be improved, and how partnerships can help achieve more effective results on the ground.
Ultimately, the goal is not simply to clear areas of mines. The goal is to restore security. It's not just about eliminating risks. It's about allowing people to return. It's not just about opening up areas for use. It's about rebuilding communities,” she said.
Meanwhile, Azerbaijan's Deputy Minister of Economy, Anar Akhundov, noted that humanitarian demining activities are one of the top priorities of Azerbaijan's state policy.
“Azerbaijan is working closely with the United Nations to advance the implementation of the Sustainable Development Goals. The transportation infrastructure has been developed, and the return of residents to their ancestral lands has become a reality. For Azerbaijan, demining is not an end in itself.
The ultimate goal is to safely return demined lands to productive economic use, create conditions for people to live and for businesses to operate, and generate sustainable economic value for investments,” he added.
The second day of the conference has featured panel discussions on“Policy Integration in Mine-Affected Urban Recovery,” “Technology & Innovation for Safer and More Effective Humanitarian Demining,” and“Country Case Presentations: National Experiences and Lessons Learned in Humanitarian Mine Action.”
The conference has ended with the adoption of a final statement.
The conference aimed to discuss ways to raise global awareness of Azerbaijan's mine problem, strengthen international cooperation in humanitarian mine action, highlight the role of mine clearance in ensuring safe and sustainable recovery, promote innovative approaches and the exchange of best practices, and mobilize international efforts to address the threat posed by mines.
More than 400 representatives from 60 countries have taken part
in the 4th International Humanitarian Mine Action Conference hosted
by Baku. Participants included senior officials from a number of
countries, representatives of UN agencies, officials from leading
international organizations and national mine action centers, as
well as representatives of diplomatic missions accredited in
Azerbaijan.
---------------------------
Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb (FOTO)
Bakı. Trend:
Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkəmizdəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı yekunlaşıb.
Trend -in tədbirdəki müxbiri xəbər verir ki, tədbirin ikinci günündə çıxış edən Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov qeyd edib ki, builki konfrans təhlükəsiz məskunlaşma və bərpa üçün humanitar minatəmizləmə mövzusuna diqqət yetirir.
“Builki konfrans təhlükəsiz məskunlaşma və bərpa üçün humanitar minatəmizləmə mövzusuna diqqət yetirir. Lakin mən öz çıxışımda bu mövzuya bir qədər fərqli rakursdan - mina təmizləmə fəaliyyətinin sülhün bərqərar olunmasının bir hissəsi kimi oynadığı roldan yanaşmaq istərdim.
Buradakı əsas mesaj çox sadədir: müharibənin fiziki fəsadları insanların həyatına təhlükə yaratmağa, hərəkətliliyi məhdudlaşdırmağa, iqtisadi fəallığı, keçmiş məcburi köçkünlərin qayıdışını ləngitməyə davam etdikcə, sülhü tam bərqərar olunmuş hesab etmək olmaz. Sülh yalnız siyasi sazişlərlə yaradılmır. Sülh yerində, real həyatda görünən olmalıdır. Lakin Azərbaycanda sülhü görünən etmək üçün ən böyük maneələrdən biri yerin altındadır. 2020-ci ilin sonundan bəri Azərbaycanda 437 nəfər minaların qurbanı olub - həlak olub və ya yaralanıb”,- deyə E.Əmirbəyov bildirib.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mariyana Kyundziç minatəmizləmə fəaliyyətinin insanların geri qayıtması, evlərin və ictimai infrastrukturun yenidən qurulması üçün zəruri şərait yaratdığını vurğulayıb.
Kyundzic bildirib ki, minatəmizləmə fəaliyyəti yalnız çirklənmiş ərazilərin minalardan təmizlənməsindən ibarət deyil.
"Bu fəaliyyət insanların geri qayıtması, evlərin və ictimai infrastrukturun yenidən qurulması, icmaların normal həyat tərzinə, sabitliyə və ümidə qovuşması üçün zəruri şəraitin yaradılması deməkdir", - Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri vurğulayıb.
O qeyd edib ki, heç kim üzərində addımladığı torpaqda qorxu içində yaşamamalıdır.
“Bu baxımdan, bu gün keçirilən müzakirələr xüsusi əhəmiyyət daşıyır. Bu müzakirələr bizə minatəmizləmə fəaliyyətinin şəhərlərin bərpasına necə daha səmərəli dəstək verə biləcəyi, standartların necə təkmilləşdirilə biləcəyi və tərəfdaşlıqların yerlərdə daha effektiv nəticələrin əldə olunmasına necə töhfə verə biləcəyi barədə təcrübə mübadiləsi aparmağa imkan verir.
Çünki son nəticədə məqsəd yalnız əraziləri minalardan təmizləmək deyil. Məqsəd təhlükəsizliyi bərpa etməkdir. Yalnız riskləri aradan qaldırmaq deyil. İnsanların geri qayıtmasına imkan yaratmaqdır. Yalnız əraziləri istifadəyə açmaq deyil. İcmaları yenidən qurmaqdır”, - deyə o bildirib.
Azərbaycan iqtisadiyyat nazirinin müavini Anar Axundov isə öz növbəsində qeyd edib ki, humanitar minatəmizləmə fəaliyyəti Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir.
“Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsini irəlilətmək üçün Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edir. Nəqliyyat infrastrukturu inkişaf etdirilib və sakinlərin öz ata-baba torpaqlarına qayıdışı artıq reallığa çevrilib. Azərbaycan üçün minalardan təmizləmə özlüyündə son məqsəd deyil.
Yekun məqsəd minalardan təmizlənmiş torpaqları təhlükəsiz şəkildə səmərəli iqtisadi dövriyyəyə qaytarmaq, insanların yaşaması, biznesin fəaliyyət göstərməsi və investisiyaların dayanıqlı iqtisadi dəyər yaratması üçün şərait formalaşdırmaqdır”, - deyə o əlavə edib.
Konfransın ikinci günündə“Mina ilə çirklənmiş şəhərlərin bərpasına siyasətin inteqrasiyası”, "Daha təhlükəsiz və səmərəli humanitar minatəmizləmə üçün texnologiya və innovasiyalar", "Ölkə nümunələrinin təqdimatı: Humanitar minatəmizləmə fəaliyyətində milli təcrübələr və çıxarılan dərslər" adlı panel müzakirələri keçirilib.
Konfransın sonunda bəyanat qəbul edilib.
Qeyd edək ki, konfrans Azərbaycanın mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina təhlükəsinin aradan qaldırılmasının təhlükəsiz və dayanıqlı bərpa prosesində rolu, innovativ yanaşma və qabaqcıl təcrübə mübadiləsi, həmçinin mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsi yolları ətrafında müzakirələrin aparılması məqsədi daşıyır.
Bakının ev sahibliyi etdiyi 4-cü beynəlxalq humanitar minatəmizləmə konfransında, ümumilikdə 60 ölkədən 400-dən çox nümayəndə iştirak edir. İştirakçılar arasında bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, BMT Agentliklərinin nümayəndələri, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, habelə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri təmsil olunur.
Legal Disclaimer:
MENAFN provides the
information “as is” without warranty of any kind. We do not accept any
responsibility or liability for the accuracy, content, images, videos,
licenses, completeness, legality, or reliability of the information
contained in this article. If you have any complaints or copyright issues
related to this article, kindly contact the provider above.

Comments
No comment